“Sumqayıt” futbol akademiyasının yetirməsi skautların marağına səbəb olub. Bu haqda 4 iyul tarixində Sumqayıt24 Sport24.az-a istinadən xəbər verir.
İyunun 23-26-sı aralığında Türkiyənin Yalova şəhərində “İnternational Maxwell Cup” beynəlxalq turniri keçirilib. "Sumqayıt" FK-nın U-14 komandası beynəlxalq yarışın çempionu olub.
Turniri izləyən skautların diqqətini daha çox komandanın hücumçusu, 2009-cu il təvəllüdlü Elxan Şıxəliyev cəlb edib.
Elxanın qolçuluq qabiliyyətini görən skautlardan biri “Adanaspor” rəhbərliyinə mesaj göndərərək, gələcək adına perspektivli futbolçu olduğunu bildirməklə yanaşı, onu Mario Balotelliyə bənzədib.