“Sumqayıt” Futbol Akademiyası bəzi göstəriciləri ilə diqqət mərkəzinə düşüb. Bu haqda 1 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Aşağı yaş qruplarından ibarət komandalarımız (U-10-dan U-19-dək) bu mövsumdə 103 qarşılaşma keçirib. Onlar 73 dəfə qələbə qazanıb (71 %), 10 heç-heçə (10 %) və 20 (19 %) məğlubiyyətə imza atıb. Komandalarımız 361 qol vurub, qapılarında isə 110 top görüb.
Qeyd edək ki, U-16 komandamızın üzvü Nihat Orucəli 9, U-15 komandasının futbolçusu Murad Cabbarov 21, U-14 komandasında çıxış edən Əli Cəlilzadə isə 13 qolla bombardirlər sırasındadırlar.