Sumqayıtın komandası ağır cəza alıb.
Sumqayit24.az xəbər verir ki, söhbət U-10 Liqasında çıxış edən "Odlar Yurdu" klubundan gedir. Komanda “Sumqayıt City” ilə matçda təyin olunan vaxtda meydanda olmayıb və bu səbəbdən texniki məğlubiyyət (0:3) alıb.
Bu hal üçüncü dəfə təkrarlandığından AFFA İntizam Komitəsi "Odlar Yurdu"nu yarışdan kənarlaşdırıb.