“Sumqayıt” basketbol klubu “Şəki”ni qəbul edib.
Sumqayit24.az xəbər verir ki, komandalar Azərbaycan Basketbol Liqasının 8-ci turu çərçivəsində qarşılaşıblar. Oyun qonaqların qələbəsi ilə bitib - 89:66.
B qrupunda xallarının sayını 14-ə çatdıran "Şəki" lider "Gəncə"yə çatıb. "Gənclik şəhəri" təmsilçisi isə 10 xalla sonuncu-altıncı sıradadır.