“Sumqayıt” klubunun basketbolçusu milliyə çağırılıb.
Sumqayit24.az xəbər verir ki, noyabrın 21-də kişi basketbolçulardan ibarət Azərbaycan yığması 2027-ci il dünya çempionatının seçmə mərhələsində üçüncü oyununa çıxacaq. Millimiz İrlandiyada meydan sahibləri ilə qarşılaşacaq. Oyun saat 21:00-da başlayacaq.
“Sumqayıt”ın üzvü Sadettin Donat da komandamızın şərəfini qoruyacaq.