“Sumqayıt” Futbol Akademiyasının rəhbər şəxsi “Pro” kateqoriyasına yiyələnmək istəyir. Sumqayıt24 bu barədə 14 dekabr tarixində Report.az-a istinadən xəbər verir.
Adıçəkilən akademiyanın direktoru Hakan Sunal bu yaxınlarda lisenziyaya sahib olmaq üçün imtahan verəcək.
Qeyd edək ki, Azərbaycanın daha iki futbol məşqçisi - “Şamaxı”nın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Zaur İsmayılov və “Qəbələ”nin keçmiş çalışdırıcısı Sənan Qurbanov ən ali məşqçilik kateqoriyasını - “Pro” lisenziyasını alıblar.