“Sumqayıt”ın futbolçusu Polşa klublarının maraq dairəsinə düşüb. Sumqayıt24 bu barədə 26 oktyabr tarixində Azərtac-a istinadən xəbər verir.
Polşa Yüksək Liqasının iki təmsilçisi “Qurnik” və “Legia” klubları gənc futbolçu Rüfət Abdullazadəni transfer etmək istəyir. Adıçəkilən komandalar R.Abdullazadənin “Sumqayıt”la müqaviləsinin başa çatmasını gözləyirlər.
Qeyd edək ki, futbolçunun klubla müqaviləsi gələn ilin yayında başa çatacaq.