“Sumqayıt” – “Neftçi” oyunu Ruslan Əliyev üçün əlamətdar olub.
Sumqayit24.az xəbər verir ki, “Sumqayıt”ın akademiyasının yetirməsi olan gənc futbolçu Premyer Liqada debütunu edib. Ruslan bu uğura 20 yaş 252 günlüyündə nail olub.
Xatırladaq ki, Premyer Liqanın 16-cı turunda baş tutan görüş “kimyaçılar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.