top
“Sumqayıt”ın koordinatoru: “Azərbaycanda dünya səviyyəli futbolçu yoxdur”
05 noyabr 2024, 22:44
- ↺ +

“Sumqayıt”ın koordinatoru: “Azərbaycanda dünya səviyyəli futbolçu yoxdur”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda yüksəksəviyyəli futbolçu yetişmir. Klubların aşağı yaş qruplarından ibarət komandalarında gələcək vəd edən futbolçuları daha sonra böyük klubların heyətində görmək mümkün olmur. İllər boyunca inkişaf yolunda müəyyən addımlar atılsa da, hələ ki ciddi dəyişiklik nəzərə çarpmır.

Report problemin səbəblərini aydınlaşdırmaq üçün “Sumqayıt” Futbol Akademiyasının rəhbərinə - koordinatora müraciət edib. Fəxrəddin Həsənovun sözlərinə görə, Azərbaycanda dünya səviyyəli oyunçu yoxdur:

"Əslində, çox yaxşı və geniş mövzuya toxunmusunuz. Bu barədə saatlarla müzakirə aparmaq olar. Gəlin, əvvəlcə dəqiqləşdirək ki, yüksəksəviyyəli oyunçu deyəndə kimi nəzərdə tuturuq? Söhbət dünya səviyyəli oyunçudan gedirsə, belələri Azərbaycanda, ümumiyyətlə, yoxdur. Amma söhbət Azərbaycan səviyyəsində futbolçulardan gedirsə, bu gün Premyer Liqanın bir neçə klubunda, həmçinin "Sumqayıt"ın özündə çıxış edən oyunçular var ki, onlar sırf "Sumqayıt" Futbol Akademiyasının yetirmələridir. Bunlara nümunə olaraq hazırda "Turan Tovuz"da çıxış edən Tural Bayramlı və Xəyal Nəcəfovu, "Araz-Naxçıvan"dan Bəxtiyar Həsənalızadəni, "Səbail"də çıxış edən Süleyman Əhmədov və Rüfət Abdullazadəni, öz komandamızın üzvləri Səbuhi Abdullazadə, Nihat Əhmədzadə, Sənan Muradlı, Xəyal Fərzullayevi misal göstərmək olar.

Ümumiyyətlə, bir uşağın futbolçu kimi yetişməsi üçün onun bütün həyat tərzi, ətrafı, ailəsi, dostları, həyatı bu yöndə inkişaf etməlidir. Sadəcə, gəldim, 2 saat məşq etdim, getdim deməklə futbolçu olmaq mümkün deyil. Fikir verirsinizsə, aşağı yaş qruplarında, məsələn, 16-17 yaşa qədər müəyyən qədər istedadlı oyunçular nəzərə çarpsa da, sonrakı inkişaf prosesində onların çoxu gözdən itirlər. Bunun səbəbi də yuxarıda sadaladığım faktorlardır. Yeməyindən tutmuş yuxusuna, gündəlik həyat ritmindən tutmuş vərdişlərinə, ətrafındakı dostlarından tutmuş ailəsinə qədər bir çox faktorlar bunda həlledici rol oynayır.

Uzun sözün qısası, "Sumqayıt" Futbol Akademiyası olaraq mümkün qədər çalışırıq ki, bizim müxtəlif yaş qruplarında məşq edən uşaqları, yeniyetmələri, gəncləri layiqli oyunçular kimi Azərbaycan futboluna bəxş edək".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər