"Sumqayıt" klubunun futbolçusu Burundi millisinə dəvət olunub.
Sumqayit24.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Tresor Mossinin yığması Afrika Millətlər Kubokunun seçmə mərhələsində Malavi və Seneqalla qarşılaşacaq.
Qeyd edək ki, Tresor Mossi 2023-cü ilin yayından "Sumqayıt"da çıxış edir. O, bu mövsüm "kimyaçılar"ın heyətində 10 rəsmi matça çıxıb.