“Sumqayıt” - “Sabah” oyununa hakimlər təyin ediliblər. Bu haqda 23 dekabr tarixində AFFA-ya istinadən xəbər veririk.
Premyer Liqanın 18-ci tur matçını Əliyar Ağayevin başçılıq etdiyi briqada idarə edəcək:
- Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov;
- Asim Xudiyev (Hakim-inspektor);
- Elçin Məmmədov (AFFA nümayəndəsi).
Qeyd edək ki, qarşılaşma bu gün saat 18:30-da “Kapital Bank Arena” stadionunda keçiriləcək.