UEFA yenilənmiş əmsallar cədvəlini dərc edib. Sumqayıt24 bu haqda 1 avqust tarixində xəbər verir.
Macarıstanda "Fehervar"la qolsuz heç-heçə edən "Sumqayıt" ölkəmizə 0,125 xal qazandırıb. Bununla da xal hesabımız 18.125-ə çatıb. Bu qazanca baxmayaraq, Azərbaycan 25-ci sıraya düşüb. Eyni xala malik Slovakiya isə 24-cü pilləni ələ keçirib.