"Sumqayıt" – "Kəpəz" matçı hakim Kamal Umudluya tapşırılıb. Sumqayıt24 bu barədə 3 avqust tarixində xəbər verir.
Premyer liqanın ilk turunun bu oyununda Vüsal Məmmədov və Rəhman İmami köməkçi hakimlər, Rauf Allahverdiyev isə dördüncü hakim təyin olunublar.
Xatırladaq ki, komandalar bu gün saat 20:45-də Mehdi Hüseynzadə adına stadionda qarşılaşacaqlar.