"Sumqayıt" futbol klubunun qapıçısı xaricdən gələn təklifi rədd edib.
News24.az-ın məlumatına görə, Rumıniyanın "Resita" klubu 30 yaşlı Rəşad Əzizlini heyətinə qatmaq istəyib. Lakin şərtləri bəyənməyən qolkiper transferə razılıq verməyib.
Qeyd edək ki, Rəşad Əzizli daha öncə "Neftçi", "Şamaxı", Səbail" klublarının şərəfini qoruyub. Eyni zamanda son dönəmlər Azərbaycan millisinin heyətinə də cəlb edilib