UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Fehervar" yoxlama oyunu keçirib. Bu haqda 18 iyul tarixində Sumqayıt24 xəbər verir.
Macarıstan təmsilçisi Türkiyənin "Göztəpə" klubu ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, “kimyaçılar”ın "Fehervar" ilə ilk matçı iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda baş tutacaq.