“Sumqayıt” klubunun UEFA Konfrans Liqasındakı rəqibi "Fehervar" heyətinə yeni futbolçu cəlb edib. Bu haqda 23 iyul tarixində Sumqayıt24 xəbər verir.
Klub "Puşkaş Akademiya"nın üzvü Gerqo Omingeri icarə əsasında heyətinə qatıb. Futbolçu Macarıstan U-21 millisinin üzvüdür.
Qeyd edək ki, "Sumqayıt"ın "Fehervar"la həm ev (25 iyul 20:00), həm də səfər (31 iyul 21:00) matçı “İdman TV”də canlı yayımlanacaq.