Tellur Mütəllimov ölkə çempionatlarında 200-cü oyununu keçirib.
Sumqayit24.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun yubiley oyunu Misli Premyer Liqasının 13-cü turuna təsadüf edib. O, “Sabah”ın heyətində “Kəpəz”lə oyunda (2:2) sonradan meydana daxil olub.
Premyer Liqada 2015/2016 mövsümündə debüt edən yarımmüdafiəçi Mütəllimov 200 matçda 16 qola imza atıb. O, 49 matça “Sumqayıt” futbol klubunun formasında çıxıb. Həmin oyunlarda 4 dəfə fərqlənə bilib.