“Turan Tovuz” klubu “Sumqayıt”la oyundan sonra cəzalanıb. Sumqayıt24 bu haqda 4 fevral tarixində AFFA-ya istinadən xəbər verir.
Matç ərzində “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə almışdı. AFFA-nın İntizam Komitəsinin qərarına görə, klub 800 manat məbləğində cərimə olunub.