Ağır Atletika Akademiyasının zalında Azərbaycan kuboku keçirilib. Bu haqda 24 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Birincilikdə qadın, kişi və veteranlar daxil 100-dən çox idmançı mübarizə aparıb. Qadınların komanda hesabında 115 xal toplayan Sumqayıt birinci yeri tutub.
Həmçinin, sumqayıtlı Əli Şükürlü öz çəki dərəcəsində yarışın qızıl medalını qazanıb.
Komandalar tutduqları yerə uyğun kubokla təltif olunublar.