Sumqayıtlı gənc cüdoçu Avropa turnirində fəxri kürsüyə yüksəlib. Bu haqda Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər veririk.
66 kiloqram çəki dərəcəsində mübarizə aparan İsmayıl İbrahimov yarışın gümüş medalını qazanıb. O, 1 nömrəli İOEUGİŞM-in idmançısıdır.
Qeyd edək ki, birincilik milli komandalar arasında Polşanın Varşava şəhərində təşkil olunub.