Sumqayıtlı cüdoçu gənclər arasında keçirilən Avropa kubokunun gümüş medalını qazanıb. Bu haqda bu gün, 26 aprel tarixində Gənclər və İdman Baş İdarəsinin rəsmi Facebook səhifəsinə istinadən xəbər veririk.
Məlumata əsasən, Polşanın Poznan şəhərində keçirilən cüdo üzrə yarışda Səbinə Əliyeva 57 kq çəki dərəcəsində uğurla çıxış edib. Səbinə “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM-nin idmançısıdır.
Cüdoçumuzu yarışmaya müəllimi Ceyhun Əliyev hazırlayıb.