Cüdoçumuz böyüklər arasında Avropa kubokunun fəxri kürsüsünə yüksəlib. Sumqayıt24 bu haqda bu gün, 25 aprel tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
İsmayıl İbrahimov Xorvatiyanın Dubrovnik şəhərində təşkil olunmuş cüdo yarışında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Avropanın 25 ölkəsindən 257 idmançının qatıldığı yarışda milli yığmamız 10 idmançı ilə təmsil olunub. Komandamız qızıl medal sayına görə birinci yeri tutub.