top
Sumqayıtlı futbolçu: “Bir neçə klubda pulları basıb-yeyirlər”
18 noyabr 2024, 01:18
- +

Sumqayıtlı futbolçu: “Bir neçə klubda pulları basıb-yeyirlər”

“Vidadi Rzayevə həm şəxs, həm də futbolçu kimi böyük hörmətim var. İnanmıram ki, ömrünü futbola həsr edən biri yalan desin”.

Bu sözləri apasport.az saytına açıqlamasında sumqayıtlı veteran futbolçu Mahir Şükürov deyib.

Millinin sabiq üzvü Vidadi Rzayevin “Gəncədə uşaq futboluna ayrılan pulları basıb-yeyirlər” fikrinə münasibət bildirib:

“Uşaq futboluna ayrılan pulları kimsə mənimsəyirsə, deməli inkişaf istəmir. Vidadi müəllimin dediyi söz yalnız “Kəpəz”ə aid deyil. Bir neçə klubda da pulları basıb-yeyirlər. Hər şey göz qabağındadır. Dünyada hər kəs uşaq futboluna yönəlib. Bizim akademiyalarda isə futbolçu yetişmir. İşə ciddi yanaşsalar, nəsə etmək olar. Uşaq futbolunun durumu acınacaqlıdır. Maliyyə cəhətdən də problemlər çoxdur. Premyer Liqaya xərclənən pulların heç olmasa yarısı uşaq futboluna ayrılmalıdır. Gələcəyi qurmaq lazımdır. Onsuz da avrokuboklarda “Qarabağ”dan başqa nəticə verən klubumuz yoxdur”.

Veteran futbolçu məşqçilik barədə düşünmədiyini də bildirib:

“Şəxsən özüm heç vaxt baş məşqçi olmaq istəməmişəm. İstəsəm, çoxdan bu sahədə çalışardım. Məşqçi olmaq üçün gərək psixologiyanı anlayasan, futbolçularla çalışmağı bacarasan. Demirəm ki, bunlar məndə yoxdur. Sadəcə baxın, PRO kateqoriyalı o qədər məşqçilərimiz var ki, əksəriyyəti klubsuzdur. Əlinin altında material olmasa, alınan deyil. Material olmadan məşqçi kimi çalışmaq istəmərəm. Yaxşı heyətin olmasa, Premyer Liqada aşağı yerlər uğrunda mübarizə aparacaqsan. Beləcə də, klub rəhbərliyi ilə "üz-göz olub", komandanı tərk edəcəksən. Nəticədə başqa kluba təyin olunacaqsan, bu, belə də davam edəcək. Amma yanlışdır. Mütəxəssislə 5 illik müqavilə imzalanmalıdır. Uduzsan da, udsan da işinə davam etməlisən. Həmin inam yalnız Qurban Qurbanova verilib. Hazırda da “Zirə” Rəşad Sadıqova belə şans həvalə edib. Başqa hansı klubumuzda bu cür hal var ki?”.

Qeyd edək ki, Vidadi Rzayev daha öncə mətbuata açıqlamasında Gəncə futbolunda xoşagəlməz halların olduğunu bildirib. O, şəraitsizlik səbəbindən yarışlara gedə bilmədiklərini vurğulayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:45

Sabahdan Bakı metrosunda intervallar azaldılır

Bütün xəbərlər
Bu gün, 13:15

Dövlət dəstəyi alan özəl bağçalara uşaqların qeydiyyatı başlayır

Bütün xəbərlər
Bu gün, 12:45

İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda sakinlərin dincliyini pozan problem - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 11:45

SDU-dan beynəlxalq elmi uğur

Bütün xəbərlər
Bu gün, 11:15

Sumqayıt gənclərini BÖYÜK TƏDBİR gözləyir

Bütün xəbərlər
Bu gün, 10:47

Sumqayıtda azyaşlının ayağı velosipeddə sıxılıb qaldı

Bütün xəbərlər
Bu gün, 10:25

Bu gün hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 10:15

BDYPİ-dən yeni tədris ilinin başlanması ilə bağlı müraciət

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıtda qəza - İki maşına ciddi ziyan dəydi

Bütün xəbərlər
Bu gün, 09:14

Bakı metrosunun işində problem yarandı - səbəb açıqlandı

Bütün xəbərlər
Dünən, 12:00

Sumqayıtda məhəllədaxili yol PARKİNQƏ çevrilib - VİDEO

Bütün xəbərlər
12 sentyabr 2026, 17:58

SDU-da "SmarTech-I" müsabiqəsinin finalı keçirildi

Bütün xəbərlər
12 sentyabr 2026, 17:18

Təmizlənir, amma yenə zibillənir: Sumqayıtda sakinlərdən sərt təklif

Bütün xəbərlər
12 sentyabr 2026, 16:10

Sumqayıtda istirahət günü 30 dərəcə isti olacaq

Bütün xəbərlər
12 sentyabr 2026, 15:29

Birinci sinfə elektron qəbul yenidən BAŞLAYIR

Bütün xəbərlər
12 sentyabr 2026, 15:15

Həyəti su basdı, ərazini üfunət bürüdü - Sumqayıtda qəza

Bütün xəbərlər
12 sentyabr 2026, 14:21

Zakir Fərəcov SDU-nun tədris korpusundakı təmir işləri ilə tanış oldu

İdman
12 sentyabr 2026, 13:44

"Sumqayıt" doğma meydanına bu tarixdə qayıdacaq - RƏSMİ

Bütün xəbərlər
12 sentyabr 2026, 13:05

"Sumqayıt" bu gün meydana çıxır - rəqib "Şamaxı"

Bütün xəbərlər
12 sentyabr 2026, 12:30

35 il çörək daşıyan Novxanı sakini: "Çörəyin qədrini bu peşə öyrətdi"

Bütün xəbərlər
12 sentyabr 2026, 11:41

Məşhur həkim Sumqayıtda yaşadığı günləri xatırladı

İdman
12 sentyabr 2026, 10:45

"Sumqayıt" Mamadi Banqreni transfer etdi - RƏSMİ

Bütün xəbərlər
12 sentyabr 2026, 10:12

Sumqayıtda məktəbin yanında ürəkbulandıran vəziyyət

Oxşar xəbərlər