Sumqayıtlı idmançı kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatının fəxri kürsüsünün ən yüksək pilləsinə qalxıb. Bu haqda bu gün, 26 mart tarixində Trend-ə istinadən xəbər veririk.
Məlumata əsasən, "balacalar" yaş kateqoriyası üzrə birinci yeri Ömər Məmmədli tutub. O, Sumqayıt şəhər Olimpiya İdman Kompleksinin yetirməsidir. Öməri yarışmaya Beynəlxalq dərəcəli məşqçi Fərid Ağazadə hazırlayıb.
Yarışma Bakıda yerləşən Milli Gimnastika Arenasında keçirilib.