Sərbəst güləş üzrə Sumqayıt şəhər çempionatı keçirilib. Bu barədə 22 noyabr tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
"Alüminiumçu” İdman Evində "Şuşa ili”nə həsr edilmiş yarışda 60-dan artıq idmançı mübarizə aparıb. Qalib və mükafatçılar cari ilin dekabr ayında keçiriləcək Azərbaycan çempionatına iştirak vəsiqəsi qazanıblar.
Onlara Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal və hədiyyələri təqdim edilib.