İdmançılarımız Böyük Dəbilqə turnirində mübarizəni dayandırıblar. Bu haqda bu gün, 1 aprel tarixində Sumqayıt24 xəbər verir.
1/16 finalda cüdoçumuz Rövşən Əliyev (60 kq) ukraynalı Dilşot Xalmatovla qarşılaşıb. Bu görüş idmançımızın qələbəsi ilə başa çatıb. Növbəti görüşdə isə Əliyev özbəkistanlı Dilşodbek Baratova uduzub.
52 kq çəki dərəcəsində çıxış edən Gültac Məmmədəliyeva ilk görüşündə qazaxıstanlı Govhar İrmaqambetovanı məğlub edib. Lakin 1/8 finalda britaniyalı Çelsi Caylslaya məğlub olub.