Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM-nin idmançıları Yunan-roma güləşi üzrə U-20 gənclər arasında Azərbaycan birinciliyində uğurlu çıxış ediblər. Bu haqda “Təhsil” RİM öz Facebook hesabında məlumat yayıb.
Təvəkgül Həziyev (63 kq) 2-ci, Fərid Xəlilov (67 kq) 2-ci, Cavidan İsgəndərli (72 kq) 3-cü, Tural Bayramov (77 kq) 3-cü, Səid Axundzadə (82 kq) 3-cü, Murad Bəhlulzadə (130 kq) 3-cü yerlərə layiq görülüblər.
İdmançıları yarışa Sədi Quliyev, Elman Əliyev və Qadir Süleymanov hazırlayıblar.