Sumqayıtlı şahmatçı qələbə seriyasını davam etdirib. Sumqayıt24 bu haqda 18 yanvar tarixində Report.az-a istinadən xəbər verir.
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında V turun görüşləri oynanılıb. Qrosmeysterimiz Vasif Durarbəyli ağ fiqurlarla Şiroğlan Talıbovu məğlubiyyətə uğradıb. Bu, onun ardıcıl beşinci qələbəsidir.
Qeyd edək ki, sumqayıtlı Vasif Durarbəyli hazırda vahid liderdir. O, 9 turdan sonra ilk dördlükdə yer alarsa, final mərhələsinə vəsiqə qazanacaq.