Şahmat üzrə Azərbaycan çempionatında 9-cu turun görüşləri oynanılıb. Bu barədə 23 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Sumqayıtlı Vasif Durarbəylinin rəqibi Məhəmməd Muradlı olub. Oyun bərabərliklə yekunlaşıb. Nəticədə 7 xal toplayan Vasif Durarbəyli, hərəyə 6 xalı olan Vüqar Əsədli, Məhəmməd Muradlı və Eltac Səfərli yarımfinala vəsiqə qazanıblar.
Bu gün başlayacaq yarımfinalda Vasif Durarbəyli Eltac Səfərli ilə qarşılaşacaq.