Şahmat üzrə dünya çempionatında rapid üzrə qaliblər müəyyənləşəcəklər. Bu barədə 28 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Sumqayıtlı qrosmeysterlər Şəhriyar Məmmədyarov və Vasif Durarbəyli 10, 11, 12 və 13-cü turların görüşlərinə hazırlaşırlar. “Şah” hazırda 23-cü, Vasif isə 108-ci pillədədirlər.
Qeyd edək ki, dünya çempionatı Qazaxıstanın Almatı şəhərində keçirilir. İştirakçılar şahmatın rapid və blits növlərində mübarizə aparırlar.