Sumqayıtlı şagirdlər “Şahin” hərbi-idman oyununun Respublika final mərhələsində yüksək yer tutublar. Sumqayıt24 bu haqda Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Bakı şəhərində baş tutan finalda zona yarışlarının qalibi olan 18 komanda mübarizə aparıb. Nəticədə Təbiət Elmləri Təmayüllü Gimnaziyanın “Şahinlər” komandası uğurlu çıxış edərək 2-ci yerə layiq görülüb.