Şahmatçımız Şəhriyar Məmmədyarov FIDE Qran-prisinin III mərhələsində yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq. Sumqayıt24 bu haqda bu gün, 29 mart tarixində turnirin rəsmi saytına istinadən xəbər verir.
6 turdan sonra B qrupunda təmsilçimiz və almaniyalı Vinsent Kaymerin hesablarında 3.5 xal olduğu üçün, onların arasında tay-breyk oynanılacaq. Qələbə qazanan yarımfinala vəsiqə qazanacaq.
Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsi Almaniyanın paytaxtı Berlində keçirilir.