Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ikinci oyunları bu gün keçiriləcək.
Report.az-ın məlumatına görə, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov Misrətdin İskəndərovla üz-üzə gələcək. Qadınlarda isə Gövhər Beydullayeva Ülviyyə Fətəliyeva ilə görüşəcək.
Qeyd edək ki, Ş. Məmmədyarov ilk qarşılaşmada qalib gəlib – 1:0. Digər dueldə qalib müəyyənləşməyib.