top
Sumqayıtlı veteran futbolçu AĞIR VƏZİYYƏTDƏDİR
08 dekabr 2025, 11:09
- ↺ +

Sumqayıtlı veteran futbolçu AĞIR VƏZİYYƏTDƏDİR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir neçə gün əvvəl sumqayıtlı veteran futbolçu Kamal Quliyevin xəstəxanadan çıxdığı bildirilmişdi. Lakin Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, sabiq yarımmüdafiəçinin vəziyyəti düşünüləndən daha ağırdır və o, müalicəni ev şəraitində davam etdirməyə məcburdur. Bunun səbəbi isə maliyyə imkanlarının məhdud olmasıdır.

 

Quliyevin sözlərinə görə, onun qaraciyərində ciddi problem var və orqan demək olar ki, sıradan çıxıb. Analizlərin nəticələri ağır vəziyyəti təsdiqləyir. Həkimlər qaraciyər transplantasiyasının mümkün olduğunu bildiriblər. Müalicə və əməliyyat üçün ümumilikdə 40 min manat tələb olunur.

 

Veteran futbolçu bu çətin günlərində bir sıra həmkarlarının ona dəstək göstərdiyini qeyd edib. Ramiz Məmmədov, Arif Əsədov, Rəşad Abdullayev, Kənan Kərimov, Ruslan Emircanov, İlham Yadullayev, Vadim Vasilyev, Nəcməddin Musayev, Mirhüseyn Vəfadar, Azər Məmmədov, Vitali Kavalyov və Zaur İsmayılov veteran futbolçunun yanında olduqlarını göstəriblər.

 

AFFA-nın hazırkı vəziyyətlə bağlı məlumatlı olub-olmadığı dəqiq bilinmir, lakin Quliyev müraciət etməyi planlaşdırdığını deyib. O, həmçinin uzun illər formasını geyindiyi "Neftçi"dən də dəstək gözlədiyini bildirib. Quliyev xatırladıb ki, kluba həm futbolçu, həm də məşqçi kimi böyük xidmətlər göstərib və çətin vaxtlarında belə komandanı tərk etməyib.

 

Veteran futbolçu hazırkı durumunun onu mənəvi olaraq da çətin vəziyyətə saldığını bildirir. O, illərlə meydanda mübarizə apardığını, ancaq bu gün xəstəliklə mübarizə aparmağa güc tapmadığını deyib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Bu gün, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Bu gün, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Bu gün, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Bu gün, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Bütün xəbərlər
Bu gün, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Bu gün, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Bu gün, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Bu gün, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Bu gün, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Dünən, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
Dünən, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıtda sakinlər zibil probleminin əlində aciz qalıblar

Bütün xəbərlər
Dünən, 16:48

Sumqayıt Avtovağzalında sərnişin düşürmək üçün də pul istəyirlər? – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtdakı poliklinikada növbə qalmaqalı: araşdırma başladı

Bütün xəbərlər
Dünən, 15:55

"İnsanlar məhəlləmizdən keçməyə iyrənir" - Sumqayıt sakini

Bütün xəbərlər
Dünən, 15:25

Sarayda məktəbə gedən yolda problem həll edildi

Kriminal
Dünən, 14:55

Tanışına "120 minə ekskavator alacam" deyən şəxslə bağlı qərar açıqlandı

Oxşar xəbərlər