Sumqayıtlı yeniyetmə boksçular “Təhsil” RİM-in respublika birinciliyində uğurla çıxış edib. Yarış Bakı şəhərində keçirilib.
Belə ki, Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM-in idmançıları Ömər Aslanlı (54 kq), Tofiq Zairov (57 kq) və Səid Haqverdiyev (66 kq) qızıl, Nahid Əkbərov (48 kq), Nicat Abdullayev (50 kq) və Özcan Rəsulzadə (75 kq) gümüş, Rövşən Bünyatov (46 kq), Mehdi Əlizadə (57 kq), Hüseyn Hacıyev (63 kq) və Təyyar Allahverdiyev (70 kq) yarışmanın bürünc medallarına layiq görülüblər.