Sumqayıtlı Yunan-Roma güləşçiləri respublika çempionu olublar. Sumqayıt24 bu haqda bu gün, 11 aprel tarixində Təhsil Nazirliyinin səhifəsinə istinadən xəbər verir.
Yarışda uşaq-gənclər idman-şahmat məktəblərindən 18 komanda olmaqla 230 nəfər 13-15 yaşlı idmançılar iştirak edib.
2 gün davam edən yarışın nəticəsinə görə, Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbi 1-ci yeri tutub.