Sumqayıt 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİŞM) yetirməsi Rüqəyya Əliyeva beynəlxalq turnirdə uğurla çıxış edib.
Sumqayit24.az xəbər verir ki, Niderlandın Eyndhoven şəhərində taekvondo üzrə 52-ci açıq Niderland çempionatı keçirilib. 33 kq çəki dərəcəsində mübarizə aparan Rüqəyya Əliyeva bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.