Şahmatçımız Şəhriyar Məmmədyarov "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic"-də növbəti oyununu keçirib. Sumqayıt24 bu haqda turnirin saytına istinadən xəbər verir.
Sumqayıtlı qrosmeyster Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yarışın 2-ci turunda macarıstanlı Rixard Rapportla üz-üzə gəlib. Şahmatçılar 37-ci gedişdə heç-heçəyə razılaşıb.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 350.000 ABŞ dollarıdır.