top
Taylandın ən güclü döyüşçüsünü nokdauna salan sumqayıtlı - MÜSAHİBƏ
14 noyabr 2024, 06:45
- +

Taylandın ən güclü döyüşçüsünü nokdauna salan sumqayıtlı - MÜSAHİBƏ

Son illər Azərbaycanda kikboksinq idman növü getdikcə populyarlaşır. Ölkəmizdə kikboks məşğələləri keçirilən idman salonlarının sayı kifayət qədər çoxdur. Azərbaycanlı idmançılar bu idman növü üzrə beynəlxalq yarışlarda iştirak edir və böyük uğurlara imza atırlar.

Kikboks həm peşəkar yarışlarda, həm də fitness məqsədilə məşq edən insanlar arasında məşhurdur. Bu əlbayaxa döyüş sənəti bir neçə fərqli növə ayrılıb ki, onlardan biri də may taydır. Tayland döyüş sənətinin bir hissəsi olan bu stil, əllərlə və ayaqlarla yanaşı, dizlərlə və dirsəklərlə hücum etməyə imkan verir.

Sumqayit24.az-ın əməkdaşı kikboks və muay tay ilə məşğul olan idmançı Ruslan Nağıyev ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Ruslan bəy, öncə özünüz haqqında məlumat verərdiniz.

- Mənim 25 yaşım var. Hazırda Taylandın Bangkok şəhərində yaşayıram. Bu şəhərdə yarışlara qatılıb, döyüşürəm.

- Kikboks ilə necə tanış oldunuz və bu idmana başlamağınızın səbəbi nə idi?

- Bir çoxları kimi mən də uşaqlıq illərində peşəkar idmançı olmaq istəmişəm. Kiçik yaşlarımda Brüs Linin pərəstişkarı idim. Onu izləyərək hansısa fəndləri öyrənməyə çalışırdım. Mənim təkcə kikboksa yox, muay tay idman növünə də çox böyük marağım var idi. Lakin bu qədər dərinliyinə gedəcəyimi heç vaxt düşünmürdüm.

- İlk dəfə döyüşə çıxanda nə hiss etdiniz?

- İlk döyüşə çıxdığım anı hər detalına qədər xatırlayıram. Qorxu var idi. Əslində hamı qorxur. Kim deyirsə, qorxmuram, yalan danışır. Sadəcə bir müddətdən sonra qorxunu məsuliyyətə çevirirsən, daha təmkinli və səbrli olursan.

- Hansı döyüşçü sizə daha çox təsir edib?

- Bəli, mənə təsir edən döyüşçü var. Həmin döyüşçü koreyalıdır. ⁠Onun adı Masutasu Oyamadır. Masutasunun döyüşlərini sadəcə izləmək lazımdır.

- Gündəlik məşq proqramınız necədir? Həftədə neçə gün məşq edirsiniz?

- Əslində məşq prosesləri fərqlidir. Döyüş tarixlərinə əsasən hazırlıq prosesləri müxtəlif olur. Gündə adətən 2-3 dəfə məşq edirik.

- Bir döyüşçü üçün ən çətin an nə vaxt olur?

- Düşünürəm ki, ən çətin an elə hazırlıq prosesidir. Çünki çox məşq etməlisən. İnsan yüklənir. Eyni zamanda ehtiyatlı da olmalısan.

- Kikboksinqdə hansı texnikalar üzərində daha çox işləyirsiniz?

- Adətən biz çalışırıq ki, sürəti daha çox artıraq. Məqsəd budur. Sürət önəmli rol oynayır.

- Məşq zamanı və ya döyüşlərdə ən çox qarşılaşdığınız çətinliklər hansılardır?

- Əsas çətinlik taktiki cəhətlərlə bağlı olur. Yarışın tarixi və döyüşəcəyim rəqib bilinəndən sonra biz müəllimlə ən çətin mərhələyə gəlirik. Taktiki hazırlıq ən çətin mərhələdir.

- Təcrübəsiz birinin kikboks üzrə ilk addımlarını atması üçün nə məsləhət verərdiniz?

- Təcrübəsi olmayan və kikboksa marağı olan hər hansı bir şəxsə məsləhətim budur ki, keçirilən döyüşləri daim izləsin və fəndləri məşq etsin.

- Bu idmanda uğurlu olmaq üçün nə kimi fədakarlıqlar etmək lazımdır?

- İdmanda uğurlu əldə etmək üçün səbr və nizam-intizamlı olmaq şərtdir.

- Fiziki hazırlıqla yanaşı, kikboksçular üçün psixoloji hazırlıq da vacibdir. Buna necə nail olursunuz?

- Psixologiyaya aid kitablar oxumaq lazımdır. Əvvəlcədən xüsusi mental hazırlıqlar olur.

- Gənc kikboksçular üçün məşq metodlarını necə müəyyən edirsiniz?

- Gənclərin bu sahəyə marağı olduğunu düşünürəm. Məşq metodlarını müəllimləri təyin edir.

- Kikboksçular arasında ən çox rastlanan səhvlər nələrdir və bunları necə düzəltmək olar?

- Əksəriyyət çox vaxt qısa müddət ərzində peşəkar karyeraya başlayırlar. Bu, məncə səhvdir. Peşəkar karyeraya başlamaq üçün zaman və təcrübə lazımdır. Bəziləri isə həvəskar olaraq qalırlar.

- Kikboks idman növünün populyarlığını artırmaq üçün nələr edilə bilər?

- Hazırda ölkəmizdə kikboks və muay tay üzrə çox az turnir və döyüşlər keçirilir. Düşünürəm ki, bu sahəyə diqqət ayrımaq, yarışların və döyüşlərin sayını artırmaq lazımdır. Ümumiyyətlə, düşünürəm ki, idmançı nə qədər çox döyüş keçirsə, o qədər çox təcrübə əldə edir.

- Kikboksun gələcəyi barədə nə düşünürsünüz? Bu idman növü hara gedir?

- Dünyada kikboks və muay tay hazırda çox gözəl inkişaf edir. Onu da qeyd etmək lazımdır ki, əvvəlki illərə nisbətən artıq qonorarlar da çoxalıb.

- Məşqçilər üçün ən vacib keyfiyyətlər hansılardır?

- Ümumiyyətlə, məşqçi sərt və daim inkişaf edən olmalıdır. İnkşaf və sərtlik olmasa, nəticə əldə etmək və peşəkar tələbə yetişdirmək mümkün deyil.

- Səhv etmirəmsə, əslən Sumqayıt şəhərindənsiniz. Sumqayıtla bağlı xatirələrinizdən danışmağınızı istərdim.

- Sumqayıt üçün çox darıxmışam. Ora mənim üçün dünyada ən gözəl yerdir. Bir ildir ki, Sumqayıtda deyiləm. Bu yaxınlarda çalışacağam ki, doğma yurduma baş çəkim. Yaşıl dərə deyilən ərazidə yaşayırdım.

- Bu günə qədər neçə döyüşdə iştirak etmisiniz? Medallarınız varmı?

- Döyüşlərimi saymıram. Hazırda mən dünyanın ən nüfuzlu yarışlar keçirilən və muay tayın vətəni sayılan ölkədə rinqə çıxıram. Burada dünyanın ən güclü muay tay döyüşçüləri olur. Yarımfinal görüşündə muay tay ulduzunu nokdauna salmışam. Tarixdə bunu heç kəs etməyib.

Dünyanın ən güclüsü olmaq istəyirəm. Və bunun üçün çalışıram. Yaxşı idmançı yoxdur. Azərbaycanda məni tanıyan, dəstəkləyən və Taylandda izləyən həmyerlilərimin sayı çox azdır. İnşallah dünya bizi tanıyacaq.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:15

Şəriətdə süni intellekt məsələsi - Allahşükür Paşazadə nə düşünür?

Bütün xəbərlər
Bu gün, 14:46

Sumqayıtda qardaş qardaşı maşınla vurdu

Bütün xəbərlər
Bu gün, 14:15

Sumqayıtın problemli küçəsi asfaltlanır - VİDEO

Bütün xəbərlər
Bu gün, 13:45

Sabahdan Bakı metrosunda intervallar azaldılır

Bütün xəbərlər
Bu gün, 13:15

Dövlət dəstəyi alan özəl bağçalara uşaqların qeydiyyatı başlayır

Bütün xəbərlər
Bu gün, 12:45

İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda sakinlərin dincliyini pozan problem - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 11:45

SDU-dan beynəlxalq elmi uğur

Bütün xəbərlər
Bu gün, 11:15

Sumqayıt gənclərini BÖYÜK TƏDBİR gözləyir

Bütün xəbərlər
Bu gün, 10:47

Sumqayıtda azyaşlının ayağı velosipeddə sıxılıb qaldı

Bütün xəbərlər
Bu gün, 10:25

Bu gün hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 10:15

BDYPİ-dən yeni tədris ilinin başlanması ilə bağlı müraciət

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıtda qəza - İki maşına ciddi ziyan dəydi

Bütün xəbərlər
Bu gün, 09:14

Bakı metrosunun işində problem yarandı - səbəb açıqlandı

Bütün xəbərlər
Dünən, 12:00

Sumqayıtda məhəllədaxili yol PARKİNQƏ çevrilib - VİDEO

Bütün xəbərlər
12 sentyabr 2026, 17:58

SDU-da "SmarTech-I" müsabiqəsinin finalı keçirildi

Bütün xəbərlər
12 sentyabr 2026, 17:18

Təmizlənir, amma yenə zibillənir: Sumqayıtda sakinlərdən sərt təklif

Bütün xəbərlər
12 sentyabr 2026, 16:10

Sumqayıtda istirahət günü 30 dərəcə isti olacaq

Bütün xəbərlər
12 sentyabr 2026, 15:29

Birinci sinfə elektron qəbul yenidən BAŞLAYIR

Bütün xəbərlər
12 sentyabr 2026, 15:15

Həyəti su basdı, ərazini üfunət bürüdü - Sumqayıtda qəza

Bütün xəbərlər
12 sentyabr 2026, 14:21

Zakir Fərəcov SDU-nun tədris korpusundakı təmir işləri ilə tanış oldu

İdman
12 sentyabr 2026, 13:44

"Sumqayıt" doğma meydanına bu tarixdə qayıdacaq - RƏSMİ

Bütün xəbərlər
12 sentyabr 2026, 13:05

"Sumqayıt" bu gün meydana çıxır - rəqib "Şamaxı"

Bütün xəbərlər
12 sentyabr 2026, 12:30

35 il çörək daşıyan Novxanı sakini: "Çörəyin qədrini bu peşə öyrətdi"

Bütün xəbərlər
12 sentyabr 2026, 11:41

Məşhur həkim Sumqayıtda yaşadığı günləri xatırladı

İdman
12 sentyabr 2026, 10:45

"Sumqayıt" Mamadi Banqreni transfer etdi - RƏSMİ

Bütün xəbərlər
12 sentyabr 2026, 10:12

Sumqayıtda məktəbin yanında ürəkbulandıran vəziyyət

Bütün xəbərlər
12 sentyabr 2026, 09:18

İlk baxışdan səhraya bənzəyən ərazi Sumqayıtda stadion imiş...

Oxşar xəbərlər