“Sumqayıt”ın rəqibi cəzalandırılıb. Sumqayıt24 bu haqda 16 avqust tarixində xəbər verir.
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Premyer Liqanın 2-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Sumqayıt”a qarşı matçda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə almışdı. Komitənin qərarına əsasən, bölgə klubu buna görə 700 manat cərimə ödəməli olacaq.