Sumqayıtın futbol üzrə U-12 liqası komandası turnirin qalibi olub. Bu haqda 3 mart tarixində Sumqayıt24 Azertag.az-a istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunan yarış Qusar Olimpiya İdman Kompleksində baş tutub. Turnirdə Sumqayıtla yanaşı, Xızı, Siyəzən, Quba və Qusarı təmsil edən, ümumilikdə 8 komanda medallar uğrunda mübarizə aparıb.
Finalda sumqayıtlı yeniyetmələr Siyəzən komandasına 5:2 hesabı ilə qalib gələrək çempion adını qazanıblar. Üçüncü yerin qalibi isə Qusar komandası olub.
Qalib komandalara AFFA tərəfindən medallar və diplomlar təqdim olunub. Çempion Sumqayıt komandası isə turnirin kuboku ilə mükafatlandırılıb. [modula id="32693"]