H.Z. Tağıyev qəsəbəsində uşaq və yeniyetmələr üçün “Futbol Festivalı” keçirilib. Bu haqda 9 avqust tarixində Sumqayıt24 Dünya TV-yə istinadən məlumat verir.
“Heydər Əliyev İli” çərçivəsində təşkil olunan festival 6 nömrəli məktəbdə baş tutub. Tədbirdə iştirak edən 45 uşaq və yeniyetməyə futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər.