Sumqayıtda üzgüçülük üzrə şəhər birinciliyi baş tutub.
Sumqayit24.az xəbər verir ki, 2011-2012, 2013-2014, 2015-2016, 2017-ci illər və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında təşkil olunan yarış “Term” İdman Kompleksində keçirilib. Turnirin qalib və mükafatçıları diplom və medallarla təltif olunublar.
Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan birinciliyin məqsədi üzgüçülük idman növünün təbliği və inkişafı, şəhər yığma komandasının komplektləşdirilməsidir.