Sumqayıtlı şahmatçı İspaniyada keçirilən şahmat festivalında ölkəmizi təmsil edir. Sumqayıt24 bu barədə 14 dekabr tarixində xəbər verir.
Sitges şəhərində təşkil olunan yarışda şahmatçımız Vasif Durarbəyli ikinci turda qələbə qazanıb və maksimum xalla (2 xal) irəliləyir.
Ümumilikdə 150 oyunçunun qatıldığı yarış 10 turdan ibarət olacaq.