Şəhriyar Məmmədyarov həmyerliləri ilə qarşılaşacaq. Bu haqda 20 dekabr tarixində Sumqayıt24 xəbər verir.
"Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turnirində rapid növü üzrə 7, 8 və 9-cu turların oyunları baş tutacaq. Sumqayıtlı şahmatçının rəqibləri Aydın Süleymanlı, Rauf Məmmədov və Abdulla Qədimbəyli olacaqlar.
Şəhriyar Məmmədyarovun hesabında 5 xal var.