“Vüqar Həşimov Memorialı-2022”-yə yekun vurulub. Bu barədə 24 dekabr tarixində Sumqayıt24 xəbər verir.
VIII beynəlxalq şahmat turnirinin son günündə blits növü üzrə 9 tur keçirilib. Rapid və blits yarışlarının nəticəsinə əsasən, hərəyə 20,5 xalı olan sumqayıtlı Şəhriyar Məmmədyarov və Rauf Məmmədov 2-3-cü yerləri bölüşüblər.
Qeyd edək ki, 25,5 xal toplayan özbəkistanlı Nodirbek Abdusattorov qalib olub.