Sumqayıtlı qrossmeysterlər Azərbaycan çempionatında iştirak edirlər. Bu barədə Şahmat Federasiyasına istinadən xəbər veririk.
Qadın şahmatçılar arasında birincilikdə ilk turun oyunları keçirilib. Zeynəb Məmmədyarova ağ fiqurlarla Gülnar Məmmədovadan üstün olub. Onun bacısı Türkan Məmmədyarova isə ötən çempionatın sürprizi sayılan Ləman Hacıyevanı məğlub edib.
Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manata çatdırılıb.