Sumqayıt idmançıları yeniyetmə və məktəblilər arasında "İnkişaf" turnirində iştirak ediblər. Bu haqda 31 iyul tarixində Sumqayıt24 xəbər verir.
Yarış Qəbələ İdman Klubunda keçirilib. Turnirdə Sumqayıtdan olan yeniyetmə boksçularla yanaşı, Bakı, Gəncə, Ağdaş, Ağsu, Şəmkir, Gədəbəy və Qəbələ rayonlarından olan idmançılar mübarizə aparıblar.
Qaliblər Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif ediliblər.