Sumqayıt idmançısı stolüstü tennis üzrə beynəlxalq turnirdə uğur qazanıb.
Sumqayit24.az xəbər verir ki, "Riga City Council's Youth Cup" turniri Latviyanın Riqa şəhərində keçirilib. Yarışda milli komandanın tərkibində çıxış edən Yağmur Məmmədli şəxsi (U-13) yarışlarda qızıl, U-15 və U-19 yaş kateqoriyalarında isə bürünc medal qazanıb.
Qeyd edək ki, idmançının məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçisi Elnur Hidayətzadədir.