Sumqayıt idmançısı ölkə birinciliyində iştirak edib. Bu haqda 12 iyul tarixində Sumqayıt24 Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Bakı şəhərində bilyardın “pool 9” növü üzrə 12-19 yaşlı gənclər arasında turnir keçirilib. Birincilikdə çıxış etmiş idmançımız Rəvan İbrahimli gümüş medala sahib olub.
Turnir Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.